29 Sentyabr 2017 09:57
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda rayona mavi yanacağın çəkilməsi sakinləri tragikomik problemlə üzləşdirib.

Teleqraf.com ARB TV-yə istrinadən xəbər verir ki, Oğuzun 20 yanvar küçəsi görənlərin marağına səbəb olur.

Küçədəki piyada səkisi elə salınıb ki, ərazidən keçmək üçün sakinlər ikiqat əyilməli olur. Sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, Rayon İcra hakimiyyəti günahı "Azəriqaz"ın, Azəriqaz isə icra hakimiyyətinin üstünə atır.

Əslində, oxşar problem bir çox rayonlarda yaşanır. Hətta bəzi yaşayış evlərində həyətə girişi bağlayan qaz xətlərini görmək mümkündür. Aidiyyatı qurum isə bildirir ki, layihə işlənərkən sakinlərin rəyini nəzərə alaraq, hər evdə bir giriş qapısı üçün yer müəyyən olunur. Bir müddət keçdikdən sonra isə ikinci qapının açılması və ya qapı yerinin dəyişdirilməsi problemlərə gətirib çıxarır.

Digər problem isə bəzi küçələrdə qaz boruları ilə elektrik xəttləri arasında məsafənin az saxlanılmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər