29 Sentyabr 2017 13:58
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zonalar üzrə balların anbara təhvil verilməsi prosesi davam edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, ballar təhvil müddəti bitdikdən sonra nümunələr götürülüb respublika baytarlıq laboratoriyasına analizə veriləcək: “Daha sonra balın keyfiyyət göstəricilərinə yarmarkada fəaliyyət göstərən işçi qrupları baxacaq. Balın keyfiyyəti, saxta olub-olmadığı barədə qərar qəbul ediləcək. Mənfi rəy olsa, məhsul yarmarkaya buraxılmayacaq.

Bu ilki daha bir yenilik yarmarka keçiriləcək AMAY ticarət mərkəzində bizim səyyar baytarlıq laboratoriyamızın fəaliyyət göstərməsədir. Yəni hər bir istehlakçının aldığı məhsulu yerində laboratoriyadan keçirib, yoxlamaq imkanı olacaq. Arıçıların yarmarkada yerləşdirilməsi isə elektron qaydada həyata keçiriləcək”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi 2017-ci il oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda (AMAY Holdinq MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.

Sərgi-satış yarmarkasının açılışı oktyabrın 10-da saat 12-də olacaq. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və respublika baytarlıq laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər