Orta məktəblərdə Lütfi Zadə nəzəriyyəsi tədris olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev Lütfi Zadənin vida mərasimində deyib.
Onun sözlərinə görə, dünyada süni intellekt nəzəriyyəsinə aid ilk elmi məqalə1950-ci ildə Lütfi Zadə tərəfindən çap olunub: "Amerika elm ictimaiyyəti düşünən maşınlar barədə ilk dəfə bu məqalədə tanış oldu. Uzun müddət Amerikada onun nəzəriyyəsi qəbul edilmədi. Yalnız yaponlar bu nəzəriyyəyə dəyər verdilər.
Hazırda Yaponiyada qeyri-səlis məntiqə aid 23 min texnologiya var və 18 mini dünya şirkətləri tərəfindən istifadə edilir. 5-ci nəsil texnologiya məhz Lüfti Zadənin elmi sayəsində yaranır".
Rasim Əliquliyev qeyd edib ki, Lütfi Zadə Nobel mükafatına layiq alimdir: "İnanıram ki, o, mükafatı alacaq. Alimin elmi nəzəriyyəsi davam etdiriləcək. Orta məktəblərdə Lütfi Zadə nəzəriyyəsi tədris olunacaq".