30 Sentyabr 2017 00:08
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, məlumat bankı Dövlət Komitəsi ilə BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində yaradılıb.

Oktyabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Məişət zorakılığı ilə bağlı elektron Məlumat Bankının təqdimatını keçirəcək.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, millət vəkillərinin, beynəlxalq təşkilatların, nazirliklərin, yerli icra hakimiyyəti nümayəndələrinin, həmçinin beynəlxalq təşkilat təmsilçilərinin iştirakı nəzərdə tutulur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər