30 Sentyabr 2017 18:39
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, ölkəmizdə biznes mühitinin əlverişliliyi, makroiqtisadi göstəricilər, təhsil, səhiyyə və sair sahələrdə kifayət qədər irəliləyiş əldə olunub. Bunlar investorları maraqlandıran məsələlər olduğundan xarici sərmayədarların ölkəmizə marağını daha da artıracaq və Azərbaycana investisiya axınını gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə bildirib.

N.Hacızadə deyib: “Sevindirici haldır ki, dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın 2 pillə irəliləməsi ilə ölkəmiz MDB ölkələri arasında lider olub. Azərbaycan alt indikatorlarda kifayət qədər irəliləyiş əldə edib. Bu alt indikatorlar son nəticə olaraq bütün Azərbaycanın reytinqinə təsir göstərərək ölkənin 2 pillə irəliləməsinə gətirib çıxarıb. Bu irəliləmə ölkəmizin dünya reytinqlərində mövqeyini daha da gücləndirəcək”.

“Qlobal Rəqabətlilik Hesabatı” və “Doing Businnes” hesabatı dünyada qəbul olunmuş əsas hesabatlardandır. Bu yaxınlarda “Doing Businnes” hesabatı açıqlanacaq. Bu o deməkdir ki, “Doing Businnes” hesabatında da Azərbaycanın irəliləməsi gözlənilir. Ölkəmizdə son illər aparılan iqtisadi islahatlar artıq öz nəticəsini verməkdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər