12 Oktyabr 2017 14:29
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayında 8 nəfər dəm qazından zəhərlənib.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmə əsasən soyuq hava zamanı baş verir: “Hazırda havalar o qədər sərt keçmir. Hava soyuyanda müraciətlər artır. Ötən ay 8 nəfər dəm qazından zəhərlənib”.

Şöbə müdiri deyib ki, bu ilin 9 ayı ərzində 273 nəfərin dəm qazından zəhərlənməsi faktı qeydə alınıb: “Onlardan 20-si azyaşlı uşaq olub. Müraciət edən şəxslərin əksəriyyəti 25-40 yaş arasındadır. 2017-ci il ərzində dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olanlar arasında ölüm baş verməyib”.


Müəllif: İlhamə Əbülfət