12 Oktyabr 2017 17:37
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com