13 Oktyabr 2017 09:21
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bir çox yerlərində nəqliyyatın hərəkətində sıxlıq var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumatda bildiriib ki, hazırda Bakının Heydər Əliyev (şəhər mərkəzi istiqamətində) Neftçilər, Qara Qarayev (metronun “Koroğlu” stansiyası istiqamətində) və Tbilisi prospektlərində, Yusif Səfərov (şəhər mərkəzi istiqamətində), Üzeyir Hacıbəyli, Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BNA-dan verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürüclərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.


Müəllif: Şəfiqə