23 Oktyabr 2017 21:50
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənin tərtib etdiyi “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitab nəşrdən çıxıb.

Teleqraf.com-un məlumatına görə, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

A.Mirzəzadə qeyd edib ki, kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəsində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib:

“Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaramış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insindentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb.

Erməni nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir.

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabaş münaqiçəsinin tarixi, Ermənistan silahlıq qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar var.

On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilib.

Kitab 500 nüsxə tirajla Azərbaycan Nəşriyyatında çap olunub”.

Deputat qeyd edib ki, kitabı buraxmaqda əsas məqsədlərdən biri də gələcək nəsilləri bu ağır tarixi anla faktoloji formada tanış etməkdir: “Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcək. Kitabda AZƏRTAC, SİA, Report, APA informasiya agentliklərinin, Azvizion.az, Publika.az, 1news.az, Modern.az, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilib.

Kitabın üz qabığındakı kollajın müəllifi olke.az saytının baş redaktoru Məmməd Gülməmmədovdur”.

Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.


Müəllif: Səxavət