1 Noyabr 2017 20:26
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehran şəhərində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.

Teleqraf.com xəbər verir ki, görüşdə V.Putin bildirib ki, əlaqələrin inkişafı istiqamətində göstərilən səylər nəticəsiz qalmayıb: "Ötən 9 ayda ticarət dövriyyəsi təxminən 62% artıb. Biz digər istiqamətlərdə də işləyirik. Daim regional məsələlər üzrə məsləhətləşmələr aparırıq. Sizinlə ikitərəfli formatda görüşmək imkanı olduğu üçün çox məmnunam".

Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər