2 Noyabr 2017 13:46
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı əməliyyat şirkəti yaradılacaq. O şirkət hansı məhsulların necə buraxılacağına qərar verəcək".

Teleqraf.com-un məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim bu layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtimiz odur ki, ilk növbədə münaqişə həll olunmalıdır, qoşunlar bizim işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır. Daha sonra hər cür imkandan istifadə etmək olar ki, əməkdaşlıq və qonşuluq edək. Azərbaycan heç kəsin torpağını işğal etməyib", - deyə nazir bildirib.


Müəllif: Teleqraf.com