2 Noyabr 2017 17:33
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib.

“Hörmətli cənab Baş nazir,

Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər