Azərbaycanda fəaliyyət göstərən 31 bankın sentyabr 30-ı tarixinə cəmi aktivləri 26 milyard 163,6 milyon manat, cəmi öhdəlikləri isə 23,145 milyard manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Teleqraf.com-a verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 18,6 mln. manat olub.
Hesabat dövrünə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edib.
Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2486-dır.
Bütövlükdə, bank sektorunun işçi heyəti 16340 nəfər təşkil edib.
Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.