Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) gələn ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, AzTV-yə növbəti ildə 31 822 507 (2017-ci il üçün 31 085 914), İTV-yə isə 11 618 112 (2017-ci il üçün 11 315 472) manat vəsait nəzərdə tutulub.
Qeyd edək ki, AzTV üçün vəsaitin həcmi 736 593, İTV üçün isə 302 640 manat artırılıb.
Məlumat üçün bildirək ki, büdcə layihəsi noyabrın 7-də komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.