Sitrus meyvələrindən biri olan kivi, sağlamlıqla bərabər yuxu keyfiyyətinə təsir göstərir.
Teleqraf.com xəbər verir ki, tərkibindəki qida dəyəri faydalı olduğundan orqanizmi cavanlaşdırmağa və sağlam saxlamağa kömək edir.
Tədqiqatlara görə, kivinin bağırsaq problemindən əziyyət çəkənlərə belə faydası da var.
Bir sıra mütəxəssislər həzmsizlik kimi xəstəlikləri olanlara qida rasionunda bu meyvədən istifadə etməyi məsləhət görür.
Bunun üçün imkan daxilində kividən 4 həftə boyunca istifadə etmək olar.
Bu sadə qidalanma proseduru qəbizlik problemini müəyyən nisbətdə azaltmağa kömək edir.
Kivi ürək üçün də faydalıdır. Həmçinin təbii aspirin olaraq hesab olunur.
Səhhətində ciddi sağlamlıq problemi olmayanlara daha yaxşı təsir göstərir. Gündə bir ədəd kividən istifadə 1 ədəd aspirin içməyi əvəz edir.
Bu baxımdan çox sayda aspirin almaq təklif edilmir. Çünki bu sonradan bağırsaq divarına zərər verə bilər.
Gündə bir ədəd kivi, mədə ağrısı, bulanması və qanaması kimi orqanizmə həssaslıq göstərən dərmanlardan təsirli olunur.