6 Noyabr 2017 13:32
2 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Pirallahı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, SKMF-in Pirallahıda keçirdiyi işgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, rayon üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Həmin istiqamətlərə startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq və badamçılıq təsərrüfatlarının yaradılması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması daxildir.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər