6 Noyabr 2017 15:18
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib.

Vətəndaşın düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56,5 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər