6 Noyabr 2017 20:58
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşağı döyə-döyə tərbiyə edərlər”, “Qızını döyməyən dizini döyər” kimi atalar sözü və kəlamları özünə deviz seçmiş valideynlərə hələ də rast gəlinir. Belələri düşünür ki, uşağa sözlə nəyisə başa salmaq mümkün deyil, ona görə də hərdən gərək əlinin gücünü göstərəsən.

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu Aydan Talıbova Teleqraf.com-a açıqlamasında bildirib ki, uşaqların tərbiyəsində şiddət, güc başlıca metod hesab edilməli deyil:

“Yaxud körpə ağlayanda ona oyuncaq verib sakitləşdirməyə çalışırlar, uşaq böyüyəndə isə onun tələbləri də böyüyür. Bu zaman valideyinlər narazılıq etməyə başlayırlar, halbuki bu şəraiti özləri yaradıblar.

Uşaq yemək yeməyəndə, yatmayanda, nadinclik edəndə “Xoxan gəlib səni yeyər”, “Həkim iynə vurar”, “Polis gəlib səni aparar” kimi sözlərlə onlarda qorxu yaradırlar ki, bu qorxu da sonralar onlarda fobiyaya çevrilir.

Amerikada bir ata uşağını cəzalandırmaq üçün,onu qapının ağzına qoyub.Bir neçə saatdan sonra isə polislər ona uşağın öldüyü ilə bağlı məlumat veriblər.3 yaşlı uşaq nə bilsin ki,hara getmək lazımdır.
Biz həmişə valideynlərə deyirik ki, uşaqları yumşaq cəzalarla cəzalandırmaq lazımdır.

Ümumiyyətlə, uşaq doğulduğu andan etibarən onu tərbiyələndirməlisiniz. Əgər gecikmisizsə və ya uşağınızla bacara bilmirsinizsə, bu zaman mütəxəssislərə müraciət edin”.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər