8 Noyabr 2017 17:35
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin noyabrın 14-də keçirilməsi nəzərdə tutulan iclasının vaxtı dəyişdirilib.

MM-dən verilən məlumata görə, iclas noyabrın 17-də keçiriləcək.

İclasın vaxtı dəyişdirilsə də, gündəlikdə dəyişiklik olmayıb.

İclasın gündəliyinə 30 məsələ daxildir. Bunlar Vergi, İnzibati Xətalar, Cinayət, Mülki məcəllələrə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Prokurorluq haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişikliklər və s. məsələlərdir. /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər