Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnistitutu Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə yeni baş həkim təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının müalicə işləri üzrə müavini Cəsarət Məmmədov gətirilib.
Qeyd edək ki, Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinin müdiri İbrahim Muradov bir neçə ay əvvəl yol qəzasına düşərək dünyasını dəyişib.