Aspirindən yalnız dərman kimi deyil, dərinin gözəlliyi üçün də istifadə edilir.
Teleqraf.com xəbər verir ki, quruducu xüsusiyyətə malik aspirin yağlı və sızanaqlı dərilərə yaxşı təsir edir.
Aspirin maskası ilə dəridəki qızartılardan və sızanaqlardan xilas olmaq mümkündür. Aspirin həm də dərini ağardıb yumşaldır.
Amma o, allergik reaksiyalar da göstərə bilər. Buna görə də dəri tipini nəzərə alaraq əvvələcə kiçik təcrübə aparmaq lazımdır.
Maskanın hazırlanma forması: 2 tablet aspirini 3-4 damcı su ilə əzin. Bir qaşıq bal və bitki yağı da əlavə edib qarışdırın. Bu maskanı üzünüzə çəkdikdən sonra 20-10 dəqiqə saxlayın və yuyun.