Azərbaycan Liberal Demokrat Partiyasının Gənclər Təşkilatının üzvləri Bayraq Günü münasibətilə növbəti aksiya keçirib.
Teleqraf.com xəbər verir ki, ALDP üzvləri Bakının Xətai və Nizami rayonunda yerləşən bir neçə məktəbin qarşısında şaqirdlərə 300 dəftər, qələm, Azərbaycan bayrağının şəkili olan nişanlar, hər bir uşağa Azərbaycan bayrağı rəngində şarlar və ALDP sədri Fuad Əliyevin xüsusi imzaladığı təbrik məktubunu təqdim ediblər.