11 Noyabr 2017 08:30
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan psixiatrların bir çatışmazlığı var ki, onlar əksər hallarda xəstələrə yersiz ümid verirlər.

Bunu Teleqraf.com-a açıqlamasında psixiatr Fariz Axundov deyib.

Onun sözlərinə görə, nevrozların üç əsas formasından olan sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) çox çətin müalicə olunur:

“Demək olar ki, bu halın müalicəsi mümkünsüzdür. Sayrışan hallar insan psixologiyasında çox dərin qatda yatır. Çünki bu, genetik yolla ötürülür. Bu halları hər hansı bir dərmanla sağaltmaq mümkün deyil. Kim desə ki, dərmanla bu xəstəlik keçib gedər, boş söhbətdi. Yalnız təmas, söhbət əsasında sayrışan hallar sağalır”.

Fariz Axundov bildirib ki, xəstələrdə bu cür halların sağalması illərlə davam edir:

“Amerikada sayrışan halı illərlə müalicə edirlər. Orada psixiatrın ödənişi icbari tibbi sığorta vasitəsilə həyata keçrilir”.

Psixiatr isteriya düşən insanlardan da danışıb:

“İsteriya başlıca xüsusiyyəti hərəkət və hissiyyat sferasına aid funksional pozuntuların olması, xəstənin asanlıqla təlqinə və özünütəlqinə məruz qalmasıdır. İsteriyaya düçar olmuş insan həmişə başqalarının diqqətini özünə cəlb etməyə çalışır.

Mənə diqqət edin, yoxsa sağalmayacam mesajını verirlər, kaprizlər edir, bir hadisəni nəql edərkən onu həddindən artıq şişirdirlər. Mən bütün xəstələrimə deyirəm ki, 24 saat ərzində mənə zəng edin. Çünki dəstək alacağı birinin mövcudluğu fikri insana yaxşı təsir edir”.


Müəllif: İlhamə Əbüfət

Oxşar xəbərlər