Astarada evdən kişi meyiti aşkar edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Astaranın Artuba kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Nizaməli Eynəli oğlu Baxşıyevin meyiti bu gün yaşadığı evdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Lənkəran morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)