13 Noyabr 2017 10:13
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-İraqda baş verən yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Qurban Yetirmişlinin sözlərinə görə, Azərbaycan üçün heç bir təhlükəli vəziyyət, dağıdıcı zəlzələlərin olma ehtimalı yoxdu:

“Cənub zonasında İranla həmsərhəd rayonlarda yaşayan insanlar yeraltı təkanları çox yüngül hiss ediblər”.

Qeyd edək ki, dünən axşam saatlarında İraqın Süleymaniyyə şəhərində 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə qeydə alınan dəhşətli zəlzələdə 3 əyalətdə güclü dağıntılar baş verib, çoxlu sayda ölən və xəsarət alanlar var.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər