13 Noyabr 2017 11:01
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan həmişə Pakistanı dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə beynəlxalq forumlarda onun mövqeyini müdafiə edib."

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Pakistanın "The News" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verən Heydər Əliyev Fondu və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda müxtəlif sahələrdə bir sıra humanitar və sosial layihələr həyata keçirilib.
A.Əliyev vurğulayıb ki, Azərbaycan bütün sahələrdə Pakistanla əməkdaşlığın inkişafına böyük önəm verir, ikitərəfli münasibətlər günbəgün artır. O, ölkələri tarixi və dini əlaqələrin birləşdirdiyini də əlavə edib.

Komitə rəhbəri Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan və ölkədə səfirlik açan ilk dövlətlərdən biri olduğunu xatırladıb. O, Azərbaycan xalqının Pakistanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı dövlət kimi tanımadığını yüksək qitmətləndirdiyini vurğulayıb.
A.Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Pakistan Federal Gəlirlər Bürosunun gömrük pozuntularına, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, gömrük sisteminin təşkilində və digər məsələlərdə əməkdaşlıq etdiyini bildirib.

/report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər