13 Noyabr 2017 12:55
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.

Teleqraf.com məlumatına görə, bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

"Hörmətli professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

R.Əliyev isə həmin mirası qəbul edərək birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Məlumata görə, sözügedən miras kifayət qədər böyük məbləği əhatə edir. Lakin artıq fonda aid olduğu və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır.

R.Əliyev bildirib ki, bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

/moderator/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər