Bərdə rayon İcra Şöbəsinin rəisi Atayev Babək Alyoşa oğlu işdən çıxarılıb.
Report-un məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.
Hələlik rayon İcra Şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olmayıb.
İdarə rəisi vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini Cahangir Məmmədova tapşırılıb.