14 Noyabr 2017 00:14
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın Azəriqaz İstehsalat Birliyində əhali sektoru üzrə 73 719 yeni abonent qeydiyyata alınıb ki, bunun da 37 789-u Bakı, Abşeron və Sumqayıt, 35 930-u isə regionlar üzrədir.

Azəriqaz İB-dən Teleqraf.com-a verilən məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2077503-ə çatıb.

Onu da qeyd edək ki, 01 noyabr 2017-ci il tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 457 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.


Müəllif: Şәfiqә

Oxşar xəbərlər