14 noyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-dan Teleqraf.com-a verilən məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb. İxtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.
İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.