Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycanın Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşlərinin keçirilməsi nəzərdə tutulub.