16 Noyabr 2017 10:38
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə Azərbaycanda baş vermiş zəlzələnin İran-İraq zəlzələsi ilə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Teleqraf.com-a Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, İran-İraqdakı zəlzələnin dərinliyi, qırılmaları tamam fərqlidir:

“Geoloji və tektonik quruluşlarda fərq var. Orda baş verən zəlzələlər tamamilə başqadır. Həm də o zəlzələ ilə Azərbaycandakı arasında fərq böyükdür. Yəni İran-İraqdakı təkanlar dağıdıcı gücə malik idisə, bizdəki orta güclüdür, katastrofik zəlzələ sayılmır.

Bu, əslində normal tikililərdə heç bir fəsadlar törədə bilməyən zəlzələ idi. Dərin çatlar olan binaların tikintisində, ola bilər, keyfiyyətsiz materiallardan istifadə olunub, normativlər gözlənilməyib. Bizim Ağdamda olan seysmik stansiyamız episentrdə yerləşir. Stansiyada adi çat da əmələ gəlməyib”.

Qurban Yetirmişli əlavə edib ki, bölgədə zəif təkanlar davam edir, amma hiss edilmir:

“Onlar enerji boşalmalarıdır. Ola bilər ki, yüksək mərtəbəli binalarda yaşayanlar cüzi hiss etsin, amma ciddi təkanlar gözlənilmir”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər