Dünən zəlzələ baş verən vaxtdan bu gün səhər 9-a kimi Mingəçevir şəhəri Təcili Tibbi Yardım Stansiyasına 71 çağırış edilib.
Bu barədə məlumatı Teleqraf.com-a Mingəçevir şəhəri Təcili Tibbi Yardım Stansiyasından veriblər.
Məlumatda bildirilib ki, çağırışlar əsasən təzyiq, şəkər, ürək xəstəliyi olan insanlar tərəfindən edilib:
“Həkimlər çağırış yerində vəziyyəti yüngül olanlara evdə yardım göstərib. Digər çağırışçılardan vəziyyəti ağır olanlar isə xəstəxanaya çatdırılıb”.
Qeyd edək ki, dünən gecə saat 23:48 radələrində Azərbaycanın müxtəlif bölgələrində zəlzələ qeydə alınıb.