16 Noyabr 2017 12:11
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Aqil Abbas xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan Rusiya qanununun Azərbaycanda da qəbul edilməsini təklif edib.

Trend-in məlumatına görə, belə bir təşəbbüslə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas komitənin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar: “Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov isə deyib ki, bunu ayrıca qanun kimi də, qanunlara əlavələr kimi də etmək mümkündür.

Qeyd edək ki, ötən gün Rusiya Dövlət Duması ölkədə əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər