16 Noyabr 2017 16:24
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə postunda İrandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Bu barədə Teleqraf.com-a DGK-dan məlumat verilib.

Baxış zamanı, xidməti it avtomobilin salonuna reaksiya verib və həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb. Nəticədə avtomobilin sürücü oturacağının arxasında, əşyaların saxlanılması üçün nəzərdə tutulan ciblikdə gömrük nəzarətinə bəyan olunmayan 50 konvalyut - cəmi 500 həb "Alprazolam 0.5" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Alprazolam" adlı dərman preparatı "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar"ın III siyahısına daxildir.

Aşkar edilən 500 həbin tərkibində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər