16 Noyabr 2017 21:24
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Teleqraf.com-a bildirib ki, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri professor Şəfiqə Məmmədova, qrumun birinci katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.

İclasda iştirak edən Münsiflər heyətinin qərarı ilə ssenari müsabiqəsinin qalibləri aşağıdakı kimi qiymətləndirilib.

1-ci yer 1500 manat pul mükafatı (Heç bir ssenari qalib olmayıb);
2-ci yer 1000 manat pul mükafatı, 24 balla “Şükriyyə taleyim” ssenarisi;
3-cü yer 500 manat pul mükafatı, 23 balla “Bakının su əfsanəsi” ssenarisi.
Həvəsləndirici “Ümid” mükafatı 500 manat pul, 20 balla “Qara Qızıl” ssenarisidir.

Qeyd edək ki, “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisi Rəşad Şükürovun, “Qara Qızıl” ssenarisinin müəllifi isə Seyram Əmirovdur.


Müəllif: Sara

Oxşar xəbərlər