17 Noyabr 2017 10:36
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, gündəliyə 30 məsələ təqdim edilib.

Deputatlar Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında” qanunlarda dəyişiklikləri müzakirə edəcəklər.

Bundan başqa, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi, “Bank olmayan kredit təşkilatları haqqında”, “Avtomobil yolları haqqında”, “Reklam haqqında”, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında” və digər qanunlarda dəyişikliklərlə bağlı layihələr də diqqətə alınacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər