ABŞ-da məhbəs həyatı yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı yeni məlumatlar yayılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu günə qədər keçirilən bütün məhkəmə proseslərində ittiham olunan şəxs kimi təqdim edilən Zərrabın adı son iclasda çəkilməyib.
Məlumatlara görə, hakim Riçard Bermanın rəhbərlik etdiyi prosesdə ittiham olunan şəxs kimi təkcə Məhməd Hakan Atilla təqdim edilib.
Bununla da Rza Zərrabın Nyu York prokurorluğu ilə əməkdaşlığa başladığı iddiaları təsdiqlənib.