23 Noyabr 2017 11:06
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Diplomatik mənbə bildirib ki, Əfqanıstan Prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər