26 Noyabr 2017 09:14
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yol hərəkəti haqqında” qanunun 529-cu maddəsi “Müvafiq cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə” haqqında qərarın icra edilməməsi ilə bağlıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qanunun 529.3-cü maddəsinin tələblərinə uyğun olaraq sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması qərarını sürücünün iştirakı olmadan çıxarması barədə danışarkən deyib.

Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunun tələblərini pozanlara cəza növündə tətbiq edilən protokol tədbir görülməsi üçün məhkəməyə göndərilir: “Məhkəmə də qanunun 529.3-cü maddəsində deyildiyi kimi, sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə baxır.

Bu qərarın qəbuluna qədər vətəndaşa 2-3 dəfə çağırış göndərirər ki, məhkəməyə gəl. O da gəlmir və deməli, işə onun iştirakı olmadan baxıla bilər”.

Məsələ ilə bağlı keçmiş keçmiş hakim, hazırda Vəkillər Kollegiyasının üzvü Namiq Hacıyev bildirib ki, sürücü məhkəməyə gəlmədiyi halda məhkəmənin onun iştirakı olmadan qərar çıxarmaq səlahiyyəti var: “Məhkəmə cavabdeh şəxsi bir neçə dəfə məlumatlandırır. Sübut varsa ki, məlumat gedib həmin şəxsə çatıb, o, gəlməyib, onda məhkəmənin qərar çıxarmaq hüququndan istifadə edir”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər