27 Noyabr 2017 09:39
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərpoçt MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

APA-ya MMC-dəki mənbə bildirib ki, Ülvi Mansurov tutduğu vəzifədən öz ərizəsi ilə kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-indən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

Azərpoçt MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ülvi Mansurovun işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, Azərpoçt MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ülvi Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ülvi Mansurov Azərpoçt MMC-dən öncə Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti sədrinin müavini olub. O, bəstəkar Eldar Mansurovun oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər