27 Noyabr 2017 16:29
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizdə elə insan var idi ki, avtomobil almaq üçün başqa ölkəyə gedib, öz böyrəyini satıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova Azvision.az-a müsahibəsində deyib. O bu əməlin cinayət olduğunu bildirib:

"Həmin şəxs kişidir. Əlbəttə, bu cinayətdir. Orqan transplantasiyası pulsuz deyil, pul ödəyirlər. Lakin əvvəl tutaq ki, 5 manat deyirlərsə, bunu tam vermirlər. Xarici ölkədə heç kəs yanında yoxdur. Orqanını satdığını deyə bilmirsən, çünki cinayətdir. Bu, statistik deyil, çünki deyilmir. Biz bunları kimlərdənsə eşitmişik. O insanın elə olur ki, digər böyrəyi sıradan çıxır, aldığını satıb dializə gedir. Bu, zəncirvarı yoldur və sonu yoxdur. İnsan alveri qurbanına çevrilən şəxslər, deyək ki, qadınlar avtomobil, ev, qır-qızıl almaq üçün bu işin dalınca gedirlər. Çox vaxt öz istəkləri ilə gedirlər, bəzən də məcbur edilirlər. Onlar pul qazanandan sonra səhhətlərində o qədər problemlər çıxır ki, məsələn, qadınlıq orqanları sıradan çıxır və ya psixoterapevtə cəlb olunur. Beləliklə, qazandığını yenidən özünə sərf edir".

Qeyd edək ki, Azərbaycanda son illər insan alverinə qarşı ciddi mübarizə aparılır. Dövlət səviyyəsində görülən maarifləndirici işlərə baxmayaraq, hələ də insan alverinin qurbanına çevrilən şəxslər mövcuddur. Onların arasında qadınlar və kişilərlə yanaşı, azyaşlılar da var. Kimi pula görə, kimi də bilmədən qurbana çevrilir.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər