28 Noyabr 2017 14:37
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq.

APA-nın məlumatına əsasən, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: “Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklər üçün cəlbedici olacaq”.

A.Arslan qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər