Bu hadisə ilə bağlı çox danışa bilmirik. İş məhkəmədədir. Onlar mənə vurulan həm maddi, həm də mənəvi ziyanı ödəyəcəklər. Külli miqdarda təzminat alacam.
Şübhələndiyim şəxslər var. Vəkillərimlə görüşdüm. Materiallarəlimdədir, amma açıqlanmasını istəmirəm. Bunlar açıqlansa... Videonu yayanlar xanımlardır.
Teleqraf.com xəbər verir ki, bu sözləri reper Anar Nağılbaz media nümayəndələri ilə görüşdə deyib.
Sənətçi son günlər yayılan 18+ videosundan danışıb, görüntüləri keçmiş həyat yoldaşı Anjelikanın yayması ilə bağlı sualları da cavablandırıb.
O, videodakı şəxsin özü olmadığını iddia edib: “Bunları məhkəmədə deyəcəyik. Bu videoda hər şey iftiradır. Oradakı mən deyiləm, səs də mənim deyil. Bu, mənə qarşı yönəldilən "qara piardır”.
Keçmiş xanımım və onların tərəfindən danışanların sözlərinə inanmayın, hamısı yalandır. Mənim dəlillərim var. Hamısı təxribatdır. Baxsanız görəcəksiniz ki, səslər görüntü ilə düz gəlmir. Mənim üzümdəki xalım orada yoxdu. Ekspertizaya verilib, sübut olunacaq”.
Anar Anjelikanın onun haqqında dediyi "övladlarına baxmır" iradına da münasibət bildirib: “Onların pulları artıqlaması ilə verilir. Hər şeyləri hər zaman olub. Deyir, Anar martdan uşaqlarını görmür. Mən bütün yayı uşaqlarımla keçirmişəm. Həmişə ata qayğısı göstərmişəm. Uşaqlarım üçün göz yaşı tökən adamam (Ağlayır). Bıçağı kürəyimdən vururlar. Hamısı məhkəmədə cavabını alacaq. Qanun yazan kişinin oğluyam. Ona görə də hamısını qanunla yoluna qoyacam”.
Hönkürüb ağlayan reper masaya yumruq vuraraq bu hadisənin ona pis təsir etdiyini deyib. Jurnalistlər sənətçinin aqressiv davranışına etiraz bildiriblər. Daha sonra yanındakılar tərəfindən sakitləşdirilən Anar Nağılbaz evlənməyə hazırlaşdığını söyləyib:
“Çox xoşbəxtəm, nişanlıyam. Aytənim var. Tezliklə evlənəcəyik. O, məni hər bir halda qəbul edir. Toyum mediaya açıq olacaq. Çox fərqli bir məclis planlaşdırmışam. Azərbaycanda hələ belə toy olmayıb”.