29 Noyabr 2017 08:18
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tamiflu”, "Laninamivir”, "Relenzu” ("Zanamivir”) preparatlarından adi soyuqdəymədə yox, qrip zamanı istifadə olunur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında pediatr Vaqif Qarayev adı çəkilən dərmanlarının uşaqlar üçün nə dərəcədə riskli olması barədə danışarkən deyib.

Onun sözlərinə görə, qrip virusu laborator təsdiqini tapmalıdır ki, həkimlər həmin dərmanları təyin etsin:

“Adı çəkilən dərmanlardan yalnız “Tamiflu” Azərbaycanda istifadə edilir, onu da yalnız 5 yaşdan yuxarı uşaqlar qəbul edə bilər. Qripin A, B forması (ştammı) varsa, bütün dünyada “Tamiflu”dan istifadə olunur. Həmin dərmanla bağlı isə hələ heç bir xoşagəlməz hal müşahidə etməmişəm.

Ümumilikdə bütün dərmanlarda olduğu kimi burda da dozalanmaya və yaş limitinə mütləq fikir verilməlidir. Yoxsa xoşagəlməz hallar olacaq”.

Qeyd edək ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu” adlı dərmanı qəbul edən xəstələrdə "qəribə davranış”lar meydana gəlməsini əsas götürərək onların uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymayıb.


Müəllif: Şәfiqә

Oxşar xəbərlər