Bu gün İctimai Televiziya ilə yayımlanan "Aktual" verilişində aparıcı Anar Yusifoğlunun qonaqları Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camal, politoloq Azər Həsrət və "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu olub.
Verilişin qonaqları bu günlərdə Belçikanın paytaxtı Brüsseldə keçirilən "Qarabağ forumu"na dair təəssüratlarını bölüşüblər, iştirak etdikləri toplantı və görüşlərin nəticələrindən danışıblar.
Sözügedən veriliş bu gün axşam 21.45-də İTV-də yayımlanacaq.
Xatırladaq ki, noyabrın 20-də Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlI beynəılxalq forum keçirilib. Forumun işində bir çox ölkələrdən gələn tanınmış siyasətçilər və siyasətşünaslar iştirak ediblər./Musavat.com/