30 Noyabr 2017 16:36
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Konstitusiyada təsbit edilmiş və Prezidentin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Bu məqsədlə iclasda növbəti il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər