1 Dekabr 2017 10:21
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 27-də bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə Yevlax şəhərində yaşayan 13 yaşlı oğlan və 14 yaşlı qızın guya ailə qurmaları barədə yayılan informasiyanın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib.

Onun sözlərinə görə, həmin informasiyanın dəqiqləşdirilməsi məqsədi ilə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, lakin qeyd olunan məlumat öz təstiqini tapmayıb.

“Onu da qeyd edim ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlaxda da ictimaiyyət arasında, orta məktəblərdə, əmək kollektivlərində vaxtaşırı keçirilən görüşlərdə belə halların aradan qaldırılmasına dair hüquqi maarifləndirmə tədbirləri aparılır.

Qeyd olunan yazıya əlavə edilmiş foto isə nəinki Yevlaxda, ümumiyyətlə Azərbaycanda çəkilməyib. Fotonun xarici dövlətlərdən birində çəkilməsinə dair müəyyən məlumatlar var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər