2 Dekabr 2017 12:02
648

İstirahət gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeronda gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.


Müəllif: Teleqraf.com