2 Dekabr 2017 13:15
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilindən 15 ədəd mobil telefon aşkarlanıb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin tarpedasının içərisindən gömrük nəzarətindən gizlədilən 15 ədəd "Mezui X-BO" mobil telefonları və 10 ədəd telefon qutuları aşkar edilib.


Müəllif: Teleqraf.com